• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili Gürcüstan baş nazirinin istefası barədə

Saakaşvili Gürcüstan baş nazirinin istefası barədə
14.06.2018 19:51
Milyarder və "Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanaşvilinin təyin etdiyi Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Marneuli sakinlərinə qarşı divan tutduqdan sonra istefa verib. 

Oxu.Az xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat” partiyasının yaradıcısı və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. 

Saakaşvili hesab edir ki, Kvirikaşvili istefa qərarını iyunun 12-də İvanaşvili ilə görüşündə səsləndirib.

Baş nazir təkidlə milyarderin istefa təklifini rədd edib, ancaq bir gün sonra vəziyyət tamamilə dəyişdi. Buna səbəb Marneuli sakini ilə bağlı baş verən hadisə oldu.

Tbilisidə etiraz aksiyasında Marneuli sakini Elçin Allahverdiyev adlı şəxs "Facebook” üzərindən canlı yayım edərək Teymur Abazov və "Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb.

Son vaxtlar Gürcüstan baş naziri tez-tez müxalifətin tənqidlərinə məruz qalıb. 

Təkcə may ayında Kvirikaşvilinin istefası Tbilisidə keçirilən iki ayrı mitinqdə tələb olunub. Əvvəlcə Kvirikaşvilinin Tbilisidə polisin gecə klublarında həyata keçirdiyi əməliyyatlara etiraz olaraq baş tutan aksiyalardan getməsi tələb edildi.

İki həftə sonra isə 16 yaşlı Levan Dadunaşvili və David Saralidzenin qətlinin düzgün araşdırılmadığını iddia edən kütlə baş nazirin istefasını tələb etdi. 

Saakaşvilinin fikrincə, bütün bunlar Kvirikaşvilinin siyasi imicinə təsir etdi, ancaq Marneulidəki hadisənin görüntüsü baş nazirin "arxa qapıdan getməsinə” səbəb oldu. 

"Dünən İvanaşvili Kvirikaşvilinin istefasını tələb etdi, ancaq o, bundan imtina etdi. O, yaxşı bilirdi ki, bütün bunları İvanaşvili edib. Bundan sonra o, arxa qapıdan qaçdı”, - Saakaşvili "Rustavi 2” telekanalına bildirib. 

Saakaşvilinin fikrincə, İvanaşvilinin hakimiyyətinin sona çatmasına az qalıb:

"İndi səfərbərlik vacibdir. Müxaliflər bir olmalıdır və biz Gürcüstana inkişafı qaytaracağıq. Ölkəni gürcü xalqına qaytarmaq lazımdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol