• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan yeni baş nazir axtarışındadır

Gürcüstan yeni baş nazir axtarışındadır
14.06.2018 17:16
Gürcüstan parlamentində mütləq çoxluğa malik "Gürcü arzusu” partiyası bu gün ölkənin yeni baş nazirinin namizədliyini müzakirəyə çıxaracaq. Lakin namizədin adı gizli saxlanılır.
 
AzVision.az gürcü mediasına istinadən bildirir ki, Georgi Kvirikaşvili baş nazir vəzifəsindən istefa verdikdən sonra ölkə hakimiyyəti yeni baş nazirin namizədliyinə dair şərh vermirdi. Hətta "Gürcü arzusu” partiyasının üzvü, parlamentin vitse-spikeri Qiya Volski partiyanın iclasınadək həmkarlarını yeni nazmizədin adını açıqlamaqdan yayınmağa çağırıb. 

"Gürcü arzusu” partiyası baş nazir postuna namizədi təsdiq etdikdən sonra, onu ölkə prezidenti Georgi Marqvelaşviliyə təqdim edəcək. Prezident isə öz növbəsində hökumətin yeni başçısının namizədliyini qanunverici orqanın müzakirəsinə təqdim edəcək. 

Qeyd edək ki, son günlər Tbilisidəki kütləvi aksiyalarda etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu bildirirdilər. Onlar baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb edirdilər. 

İstefa verməyəcəyini deyən Kvirikaşvilinin qəfil postunu tərk etməsi çoxlarında sual yaradıb. Georgi Kvirikaşvili isə etiraf edib ki, son aylarda hakim "Gürcü arzusu” partiyasının rəhbəri Bdzina İvanişvili ilə münasibətlərində ziddiyyətlər yaşanıb. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol