“Oskar”da kütləvi zəhərlənmə: 20 nəfər lüləkababdan...

Rusiyanın Ulan-Ude şəhərində kütləvi zəhərlənmə hadisəsi olub.
Musavat.com-un məlumatına görə, hadisə şəhərdəki "Oskar” restoranında baş verib. Beşi uşaq olmaqla 20 nəfər xəstəxanaya yerləşdirilib.
Telekanalın məlumatına görə, zəhərlənməyə restoranın azərbaycanlı aşpazının hazırladığı lüləkabab və "Sezar” salatı səbəb olub. Çünki zəhərlənənlərin hamısı həmin kababdan və salatdan yeyiblərmiş.
Rospotrebnadzor artıq həmin restoranı bağlayıb. Məlum olub ki, restoranın sahibi də azərbaycanlıdır və onun Ulan-Udedə daha iki kafesi var.
Hazırda həmin kafedə də yoxlama aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















