• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada Sorosa qarşı qanun qəbul edildi

Avropada Sorosa qarşı qanun qəbul edildi
21.06.2018 13:44
Macarıstan parlamenti "Stop Soros” adlı bir sıra qanun layihələrini təsdiqləyib.

AzVision.az xarici KİV-nə istinadən xəbər verir ki, həmin qanun layihələri ilə amerikalı milyarder, "rəngli inqilab”ların sponsoru Cors Soros tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına qarşı məhdudiyyətlər tətbiq ediləcək və Macarıstandakı qanunsuz miqrantlara kömək göstərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Macar deputatlar həmçinin, əcnəbilərin ölkəyə daimi əsasla köçürülməsinin qanunsuz elan edilməsilə bağlı konstitusiya dəyişikliyini qəbul ediblər. 

Macarıstanın baş naziri, qatı anti-miqrant mövqeli Viktor Orban amerikalı milyarder Corc Sorosu dəfələrlə tənqid edərək bildirib ki, Sorosun maliyyələşdirdiyi QHT-lər Macarıstanda keçirilən seçkilərə və seçkiqabağı təşviqat kampaniyasına müdaxilələr ediblər, ölkədə miqrantları dəstəkləyən siyasətin təbliğatını aparıblar. 

Qeyd edək ki, amerikalı milyarder Corc Sorosun başqa dövlətlərin işinə müdaxilə edən bu cür pozucu fəaliyyətinə qarşı Şərqi Avropa ölkələri ciddi mübarizə apararaq, Soros fonduna bağlı QHT-lərin ölkədəki fəaliyyətlərinə qadağa qoyublar. İsrail də Sorosun "Açıq Cəmiyyət” fondu ilə əlaqəsi olan təşkilatları ölkədən qovub. Sorosun fəaliyyəti artıq ABŞ-ın özündə də ciddi narazılıq doğurmaya başlayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol