• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin Qarabağ planı

Putinin Qarabağ planı
20.11.2014 11:25
"Vladimir Putin Ukrayna məsələsini "dondura" və Dağlıq Qarabağda və Gürcüstanda müəyyən addımlar ata bilər."ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın tanınmış politoloqu, publisist və ictimai xadim Andrey Piontkovskiy deyib.O müsahibəsində bildirib ki, bu, tamamilə mümkündür. Söhbət təkcə Dağlıq Qarabağ münaqişəsindən getmir. Ümumiyyətlə, münaqişədə iştirak edən tərəflər arasında vəziyyətin kəskinləşməməsi üçün Rusiyanın əlində təsir alətləri var. Bu, ciddi siyasi gərginliyin hökm sürdüyü Gürcüstanda da mümkündür.Onun sözlərinə görə, imicin saxlanılması üçün V.Putin Ukrayna münaqişəsini dondurmaq istəyəcək və "rus dünyası"nın vətənpərvəri kimi, Qafqazda hansısa addımlar atmağa qərar verəcək.A.Piontkovskiy "Qarabağ münaqişəsi zonasında gərginliyin növbəti partlayışı nə ilə bağlıdır. Bu, xarici oyunçular üçün sərfəlidir, yoxsa, bu, sadəcə avantüradır" sualına belə cavab verib: "Bu vəziyyət Rusiya üçün əlverişlidir. Bu barədə çox gözəl obraz 20 il əvvəl "Tarixin sonu" məruzəsində deyilmişdi. Orada yazılmışdı ki, belə davam edən münaqişələr Rusiya Federasiyası üçün əlverişlidir. Çünki, bu, Azərbaycan və Ermənistan ilə münasibətlərdə təsir alətidir və Moskva indi bunu edir."Politoloq Avrasiya İqtisadi İttifaqına da toxunub: "Rusiya məmurları inandırırlar ki, Avrasiya inteqrasiya layihələri iqtisadi layihədir. Ermənistan isə başqa məqsədlər güdürdü. Bu ölkənin Aİİ-yə üzvlüyü Qarabağ münaqişəsinə heç bir təsir göstərməyəcək. Bununla bağlı müzakirələr Ermənistanın xeyrinə bitmədi. Rusiya Ermənistanı Aİİ-yə qoşulmağa məcbur etdi. Müqavilədə Aİİ-nin Dağlıq Qarabağla heç bir əlaqəsinin olmadığı göstərilib."ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol