• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Türkiyəyə sürpriz etdi: Onlar kimdir?

Ərdoğan Türkiyəyə sürpriz etdi: Onlar kimdir?
10.07.2018 13:45
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqlayıb. Türkiyə liderinin açıqladığı siyahıda gözlənilməz simaların yer alması diqqət çəkib.

Axar.az xəbər verir ki, yeni hökumətin tərkibində əvvəlki kabinetdən 4 nazir olmaqla bürokratların deyil, özəl sektorun üstünlük təşkil etdiyi müşahidə olunub.

Millət vəkili seçilən 4 nazirin istefa verməsi ilə birlikdə AKP-nin 294 millət vəkili sayı 290-a düşüb. Barat Albayraq, Əbdülhəmid Gül, Süleyman Soylu və Mövlud Çavuşoğlu kabinetin siyasi təmsilçiləri olub.

Yeni kabinetdə siyasətçi, özəl sektor və bürokratiya balansı qorunub, gözlənildiyi kimi, bürokratların üstünlüyü təmin olunmayıb. Özəl sektor daha çox sayda təmsil olunub. Kabinetə 2 qadın nazirin daxil olması ənənəsi dəyişməyib. Keçmiş nazir Atilla Qoçun qızı Zəhra Zümrüd Səlcuq Məşğulluq, Sosial Xidmətlər və Ailə naziri, özəl sektorda CEO kimi çalışan Ruhsar Pekcan isə İqtisadiyyat naziri təyin olunub. Siyahıya AKP-yə ittifaqla dəstək verən MHP-dən rəsmi bir təmsilçi daxil edilməyib.

Yeni hökumətdə əvvəlki dövrlərdə görünməmiş vəzifə təyinatları da olub. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar Müdafiə naziri, "Medipol” özəl tibb klinikasının sahibi Fəxrəddin Qoca Səhiyyə naziri, ETS tur şirkətinin sahibi Məhməd Ərsoy Mədəniyyət və Turizm naziri, "Maya” məktəblərinin sahibi Ziya Səlcuqun isə Təhsil naziri vəzifəsinə gətirilməsi ən çox diqqət çəkən məqamlar kimi yadda qalıb.

Prezident üçün ən azı 3 köməkçi təyinatı gözlənildiyi halda, ilk mərhələdə tək isim açıqlanıb. Keçmiş başnazirlik müşaviri Fuad Oqtay hələlik tək müavin olub. Bu sayın qarşıdakı vaxtda artacağı istisna edilmir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol