• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan: Sarkisyan həbs oluna bilər

Paşinyan: Sarkisyan həbs oluna bilər
10.07.2018 12:45
Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik xidmətinə səs-küylü cinayət və korrupsiya faktlarının aşkarlanmasına dair tapşırıq verməyib. Onun üçün başlıca məsələ qanunilikdir.
 
AzVision.az xəbər verir ki, bu barədə Paşinyan son zamanlar Ermənistanda ajiotaj doğuran silsilə istintaqlarla, xüsusən də sabiq prezident Serj Sarkisyanın qardaşının ailəsi və yaxın qohumları barədə açılan cinayət işləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib. 

Sarkisyanın qardaşı Aleksandrın 2 dəfə həbs olunduğunu, lakin hər dəfə azadlığa buraxıldığını şərh edən Paşinyan qeyd edib: "Bunun özü etimad formalaşdırır. Əgər konkret sübutlar varsa, iş görülür. Əgər sübut yoxdursa, onda şəxsi azad buraxırlar. Son nəticədə həbs etmək bizim yekun məqsədimiz deyil. Və qoy, heç kəs düşünməsin ki, guya mən kiməsə zəng vurub, "bunu buraxın, onu isə həbs edin” deyirəm. Mənim üçün başlıca məqsəd 100 faiz qanunilikdir.”

Lakin aparılan istintaqların və cinayət işlərinin sabiq prezident Serj Sarkisyanın birbaşa özünə aid edilməsinə dair sualı cavablandıran Paşinyan Serjin həbsini istisna etməyib. "Əgər məsələ Serj Sarkisyanadək gedib çıxsa, onda bəli. Ermənistanda toxunulmaz şəxs yoxdur”, – deyə Paşinyan vurğulayıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol