• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda yenidən etirazlar başladı

Ermənistanda yenidən etirazlar başladı
13.07.2018 16:14
Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun rəhbəri olduğu Eçmiədzin kilsəsində yenidən aksiya keçiriblər. 

AzVision.az xəbər verir ki, bu barədə kilsənin mətbuat katibi Vaqram Məlikyan "Facebook" səhifəsində bildirib.
"Bu gün səhər tanınmış hərəkatın ("Yeni Ermənistan, yeni katolikos" hərəkatı) üzvləri təxribatçı davranışları və Katolikosun və digər ruhanilərin ünvanına təhqiredici ifadələrilə bütün ermənilərin mənəvi mərkəzində sakitliyi və ibadət atmosferini pozmağa cəhd ediblər." - deyə Məlikyan yazıb. Onu da vurğulayıb ki, iyulun 10-da erməni apostol kilsəsinin ali dini Şurası etirazçılara tövbə edərək aksiyanı dayandırmaq üçün bir həftə vaxt verib. 

Xatırladaq ki, bir neçə gün əvvəl də "Yeni Ermənistan, yeni katolikos" hərəkatının üzvləri II Qareginin Eçmiədzin kilsəsindəki dəftərxanasına basqın edərək, katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan etmişdilər. Lakin pdaha sonra polis zorla onları kilsədən çıxardıb. 

Qeyd edək ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsilə başlayan "Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydan çoxdur Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər. 

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan ediblər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib. 

Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol