• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Türkiyəyə 180 gün vaxt verdi - İrana görə

ABŞ Türkiyəyə 180 gün vaxt verdi - İrana görə
21.07.2018 12:14
ABŞ Maliyyə nazirinin müavini Marşal Billinqslinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara ilə İran qarşı sanksiyalar məsələsinin müzakirəsinə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

"Tərəflər ABŞ-ın İrana qarşı sanksiyaları və bunun Türkiyəyə təsirini müzakirə ediblər. İran Türkiyənin həm iqtisadi, həm də ticarət baxımından vacib qonşusudur. Buna görə də Ankara Vaşinqtonun Tehranla münasibətlərini diqqətlə izləyəcək” – deyə agentliyin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəsi deyib.

Agentlik həmçinin Billinqslinin Ankarada jurnalistlərə verdiyi açıqlamalarına da diqqət yetirib. Belə ki, açıqlamalarında Billinqsli Türkiyə ilə danışıqların pozitiv formada keçdiyini bildirib:

"Rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin ABŞ-ın müttəfiqi olduğunu nəzərə alaraq Ankaraya gəlib. İki ölkənin maliyyə nazirlikləri arasında sıx əməkdaşlıq var. Ankara ilə dünyada terrorizmin ən böyük sponsoru olan İranı müzakirə etdik. Türkiyə İranın qonşusudur və Tehranla ticarət məsələləri, sözsüz ki, Ankara ilə müzakirə edilməlidir. Çox az vaxtımız qalıb. Türk bankları və şirkətləri 180 gün ərzində özlərinin addımları haqqında düşünməlidir. Biz bu istiqamətdə dəqiq addımların şahidi olmalıyıq. Bizim qərarlarımız bundan asılı olacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol