• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml Paşinyanı cəzalandırır

Kreml Paşinyanı cəzalandırır
29.05.2020 03:18
Ermənistanın hazırkı hakimiyyətinin keçmiş rəhbərlərə qarşı təqibləri Moskva ilə İrəvan münasibətlərində fikir ayrılığına səbəb olub və tərəflər arasında daha güclü mübahisə yarada bilər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Kommersant” qəzeti özünün Rusiya hakimiyyətindəki mənbələrinə istinadən yayıb. Qəzet Moskvanı ən çox qəzəbləndirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb edilməsi olduğunu bildirib:

"Kreml bunu hərbi blokun imicinə ciddi zərbə hesab edir və KTMT rəhbərliyinin bundan sonra başqa ölkəyə keçəcəyini istisna etmir. Digər tərəfdən isə Ermənistanla əvvəlcədən razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükü də sual altına düşüb”.

"Kommersant” Xaçaturova qarşı ittihamların olacağı ilə bağlı KTMT-nin əvvəlcədən xəbərdar edilmədiyini və ən çox bunun Moskvada qəzəbə səbəb olduğunu söyləyib:

"Mənbəmiz istisna etmir ki, Xaçaturovu və KTMT-ni ləkələmək cəhdi xarici oyunçular tərəfindən təşkil edilib. Hazırda baş katib vəzifəsi ilə nə olacağı aydın deyil.

İstənilən halda baş katib məsələsinə 8 noyabrdan tez aydınlıq gətirilməyəcək. Məhz bu tarixdə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası toplanacaq. Ermənistandakı mübahisələr alyansın imicinə güclü zərbə vurur, amma nədənsə İrəvanda bunu heç kim anlamır. Əgər baş katib vəzifəsinə yeni erməni namizəd təsdiqlənməsə, o zaman baş katiblik vəzifəsi Belarusa veriləcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol