• $
  • €
  • ₽
  • ₺
  • £

Lirəyə ağır zərbə

Lirəyə ağır zərbə
29.05.2020 01:10
ABŞ-la Türkiyə arasındakı gərginlik dolları yenidən rekord həddə çatdırıb.

Axar.az xəbər verir ki, bu gün səhər saatlarında 4,98 lirə olan dollar yenidən 5 lirəni keçməyi bacarıb. Dünənki 5,01 lirəlik rekordunu dollar bu gün 5,09 lirə ilə təzələməyi bacarıb.

Artıq ekspertlər sanksiyalarla bağlı həyəcan təbili çalmağa başlayıb. Türkiyə mətbuatına açıqlama verən "Bluebay Asset Management” şirkətinin analitiki Timoti Aş Türkiyə bazarlarının kövrək olduğunu bildirib:

"ABŞ indiki dövrdə böyük zərərə səbəb olacaq gücə sahibdir. Əgər iqtisadi silahını Türkiyəyə yönəltsə, o zaman ABŞ-Türkiyə münasibətlərində geridönüş mümkün olmaya bilər. ABŞ sanksiyalar üçün Putinin yaxın ətrafına qarşı uyğuladığı metodlardan yararlanır. ABŞ sanksiyaları Türkiyəni İran və Rusiyaya yaxınlaşdıra bilər. Əgər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Türkiyəyə qarşı da yönəlsə, o zaman Rusiyadakı şəraitdən daha pis vəziyyət yaranar. Türkiyə iqtisadiyyatı hələ ABŞ-ın Türkiyəyə viza qadağaları tətbiq etdiyi zaman ziyan çəkmişdi. Məhz bu böhrana görə Türkiyə 2016-da ABŞ-dan gələn turistlərin 42%-ni, turizm gəlirlərinin isə 41%-ni itirmişdi”.

Türkiyəli ekspert Ənvər Ərkan isə ABŞ-la yaşanan böhranın digər insidentlərə bənzəmədiyini bildirib:

"Bu, lirə ilə bağlı qorxulu ssenaridir. Baş verəcəcək hadisələr çox kritikdir. Pompeo ilə Çavuşoğlunun üz-üzə görüşü olacaq. Hər şey Hollandiya ilə yaşanan böhrana bənzəməyəcək. Sanksiyalar Türkiyə üçün çox pis olacaq. Ona görə də lirənin bundan sonra nə qədər bahalaşacağını söyləmək çətindir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol