• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhanidən ABŞ-a xəbərdarlıq : "Peşman olacaqlar"

Ruhanidən ABŞ-a xəbərdarlıq : "Peşman olacaqlar"
07.08.2018 21:49
Rəsmi Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaların bu gündən etibarən qüvvəyə minməsilə əlaqədar İran prezidenti Həsən Ruhani ABŞ-ı kəskin tənqid edib. AzVision.az "Aljazeera"yə xəbər verir ki, sanksiyaların bərpasının ardından İranın dövlət televiziyasında çıxış edən Ruhani ABŞ-ın bu addımını ölkəsinə qarşı "psixoloji müharibə” kampaniyası adlandırıb və Vaşinqtonun peşman olacağilə bağlı xəbərdarlıq edib.

"ABŞ bu sanksiyalarla iranlılar arasında nifaq salmaq, xalqımızı bölmək istəyir. Əgər sən düşmənsənsə və başqasının kürəyinə bıçaq sancaraq onunla danışıqlar aparmaq istədiyini deyirsənsə, o zaman birinci növbədə o bıçağı çıxartmalısan. Onlar İran xalqına qarşı psixoloji müharibəyə başlamaq istəyirlər. Lakin sanksiyialarla paralel danışıqların aparılması məntiqsizdir. İranın ABŞ-la yeni nüvə razılaşmasına dair danışıqlar aparmaq niyyəti yoxdur. Vaşinqton İrana qarşı sanskiya tətbiq etməyə peşman olacaq. ABŞ nüvə sazişindəki mövqeyinə geri dönməlidir.” – deyə Ruhani vurğulayıb. 

Onu da əlavə edib ki, ABŞ prezidentinin heç bir ilkin şərt olmadan görüşmək təklifi sadəcə ABŞ-ın daxili siyasətinə hesablanıb və qarşıdakı seçkilərdə amerikalıların seçiminə təsir etmək məqsədi daşıyır. 

Xatırladaq ki, bu gündən etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompyuter proqramlarının ticarəti dayandırılacaq. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol