• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlərdən qorxunc PROQNOZ

Alimlərdən qorxunc PROQNOZ
07.08.2018 19:16
İqlim dəyişikliyi problemləri ilə məşğul olan beynəlxalq tədqiqat qrupu Yer planetində temperaturun və dənizlərin səviyyəsinin tezliklə yüksələcəyini proqnozlaşdırır. Onların qənaətinə görə, karbon dioksid qazının atmosferə buraxılması tempi yüksələn xətlə davam edərsə, havanın hərarəti 2 dərəcə selsiyədək arta bilər.

Axar.az xəbər verir ki, beynəlxalq tədqiqat qrupunun hesabatı İsveç Milli Elmlər Akademiyasının jurnalında dərc edilib. Tədqiqatlar göstərib ki, gələcəkdə atmosferin çirklənməsi Yer kürəsinin bəşəriyyəti qoruyan təbii sərvətlərini onun düşməninə çevirə bilər. Belə ki, hər il meşələr, okeanlar və torpaq 4,5 milyon ton karbon udur ki, sonrakı mərhələdə bu qazın atmosferdə daha da artması havanın hərarətinə mənfi təsir göstərəcək. Stokholm Davamlılıq Mərkəzinin hesabatına görə, Şimal yarımkürəsində daimi buzlaqlar, yaxud Amazon meşələri milyonlarla ton karbon dioksid qazını saxlayır və günlərin birində bu qazların atmosferə qaytarılması Yer kürəsində fəlakətə səbəb ola bilər. Mərkəzin professoru Yohan Rokströmün fikrincə, temperaturun 2 dərəcə artması planetimizin özünütənzimləmə mexanizmini sarsıdacaq. "Biz görəcəyik ki, Yerdəki sistem insanlara dost deyil, düşmən olacaq. Bəşəriyyətin taleyi bu sistemin tarazlığının pozulması ilə sıx bağlıdır”, – deyə professor vurğulayıb.

Alimlər bildirirlər ki, hazırda qlobal temperatur 1 dərəcə Selsiyədək artıb və hər il 0,17 dərəcə yüksəlməkdə davam edir. Hesabat müəllifləri 10 təbii sisteminin tarazlığının pozulması prosesinə diqqət çəkirlər. Bildirilir ki, hazırda bəşəriyyət karbon dioksid qazının meşələrə və Arktik buz dənizinə mənfi təsiri, habelə metan hidratların okeanlara vurduğu zərərə biganə yanaşır. Təhlükə ondadır ki, bu sistemlərdən biri həmin qazları atmosferə geri göndərdikdən sonra digər sistemlər də "domino effekti” ilə buna qoşula bilər.

Tədqiqatçıların "Yer kürəsi - qızmar ev” ssenarisi adlandırdıqları bu vəziyyətdə iqlim şəraiti sənayeləşmə mərhələsindən əvvəlki dövrə nisbətən 4-5 dərəcə yüksəkdə stabilləşə bilər ki, bu zaman dəniz səviyyəsinin 10-60 metr qalxması ehtimal olunur. Demək, Yerin böyük bir hissəsi suyun altında qalacaq. "Bu təsir kütləvi, dağıdıcı və qəfil baş verə bilər”, - deyə hesabatda xəbərdarlıq edilir.

Professor Rokström bu il Avropadakı anomal istiləri də misal gətirərək əlavə edib ki, temperaturun cəmi 1 dərəcə artması bu cür fəlakətlərlə nəticələnirsə, 2 dərəcəyə çatmasının hansı fəlakətlər doğuracağını təsəvvür etmək olar.

Hesabatda nikbin fikirlər də yer alıb. Alimlər qeyd ediblər ki, vəziyyətdən yeganə çıxış yolu planetin ekoloji sisteminə daha həssas münasibət göstərməkdən ibarətdir. Kopenhagen Universitetinin professoru Ketrin Riçardsonun sözlərinə görə, bunun üçün bəşəriyyət karbohidrogen ehtiyatlarını yandırmaqdan imtina etməli, meşələri qorumalı və yeni ağaclar əkməli, günəş şüalarının mənfi təsirini azaltmalı, karbon dioksid qazını havadan udacaq maşınlar icad etməlidir.

Qeyd etmək lazımdır ki, bəzi alimlər tədqiqat qrupunun hesabatının şişirdildiyi qənaətindədir. Onların fikrincə, müəlliflərin təqdim etdiyi fəlakət ssenarisinin elmi əsasları yetərincə deyil.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol