• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın qəfil intiharı

Paşinyanın qəfil intiharı
29.05.2020 00:38
Nikol Paşiyanın əmri ilə hökumət iclaslarının jurnalistlərin üzünə bağlanması Ermənistanda demokratiyanın və narıncı inqilabın lider kimi Paşinyanın özünün intiharı kimi dəyərləndirilib.


İstiPress-in məlumatına görə, erməni KİV-lər  siyasətə jurnalistikadan gəlmiş, hələ də "Haykakan jamanak” ("Erməni vaxtı") qəzetinin təsisçisi olan  Nikol Paşiyanın təhlukəsizlik bəhanəsi adı altında demokratiyanı boğmasını başa düşə bilmirlər.

Erməni jurnalist Tevos Arşakyan bununla bağlı "ArmenianReport”da yazır: "Bu, erməni demokratiyası üçün həyəcan zəngidir. Keçmişə qayıdış başlayıb və hələ dünənə kimi heyran qaldığımız, Ermənistanın taleyini həvalə etdiyimiz Nikol Paşiyan ana söyüşləri söyməyə və üstümüzə bozarmağa başlayıb? Belə olan halda, o, 100 gün arxaya baxsa, özünün demokratiya şüarları altında yıxdığı sələflərinin sonunun necə olduğunu görsə idi, yaxşı olardı”,- deyə Tevos Arşakyan vurğulayıb.


Amma təbii ki, Paşiyanın belə söhbətlər vecinə deyil və o, nəyin bahasına olursa olsun, 2019-cu ilin yazına təyin edilmiş növbədən kənar parlament seçkilərində qalib gəlmək istəyir. Bu istiqamətdə 17 avqusta təyin etdiyi mitinqə ciddi  hazırlaşır və maksimum çox adam cəlb edərək güclü görünmək istəyir.

Amma "Joxovurd” qəzetinin yazdığından belə görünür ki, mitinqə çox adam gəlməyə bilər. Çünki Paşinyan 1 mart hadisələrini bəhanə edərək  siyasi rəqiblərinin bank hesablarını dondurub, xarici ölkələrin səfirliklərinə sihayılar verərək həmin adamlara viza verilməməsini xahiş edib. Bu isə istər-istəməz insanlarda  etiraz hissi yaradır. Buna görə 17 avqust mitinqi uğursuz ola bilər.  




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol