• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və Gürcüstan sərhədində görünməmiş tıxaclar

Rusiya və Gürcüstan sərhədində görünməmiş tıxaclar
15.08.2018 14:35
Yay tətilini gürcü kurortlarında keçirmək istəyən turistlərin axını Rusiya-Gürcüstan sərhədinin "Yuxarı Lars” keçidində bir neçə kilometrlik tıxaclar yaradıb.

Oxu.Az xəbər verir ki, yolda minlərlə avtomobil qalıb.

Dünən səhərə olan məlumata görə, sərhədi keçmək üçün gözləmə vaxtı təxminən 12 saat olub. Bildirilir ki, "Yuxarı Lars – Kazbeqi” nəzarət-buraxılış məntəqəsi hər il gücləndirilmiş iş rejiminə keçir. Bu dövrdə Rusiyadan Gürcüstana avtomobi trafiki kəskin artır.

Bundan başqa, Gürcüstandan tranzitlə Ermənistana gedənlər də həmin məntəqədə tıxacın daha da artmasına səbəb olur: Hərbi-Gürcüstan yolu Rusiyadan bu ölkəyə yeganə quru yoludur.

Bu il Gürcüstanda dincəlməyə üz tutan turistlərin sayının artması vəziyyəti daha da kəskinləşdirib.

Şimali Osetiya rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Gürcüstana gedən sürücülər və minik maşınlarının sərnişinlərinə müraciət edərək, Dağıstana tərəf dönüb, Azərbaycandan keçməklə, Gürcüstana getməyi məsləhət görüb.

Lakin bu marşrut yolu təxminən 1300 km uzadır. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol