• $
  • €
  • ₽
  • ₺
  • £

Çində dünyanın ən böyük endirimli internet satışı başlayıb

Çində dünyanın ən böyük endirimli internet satışı başlayıb
29.05.2020 02:07

Noyabrın 11-də Çinin internet-meydanlarında dünyanın ən böyük endirimli satışına start verilib. 

Gecə yarısı başlayan aksiyanın ilk 40 dəqiqəsində dünyanın ən iri internet-riteylerlərindən olan Alibaba kompaniyasının dükanlarında 10 milyard yuanlıq (1,6 milyard dollar) satış qeydə alınıb.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, hər il noyabrın 11-də keçirilən aksiya çərçivəsində müxtəlif növ məhsullara yüksək endirimlər tətbiq olunur. Bir neçə il bundan əvvəl Çinin blogerlər dairəsində noyabrın 11-ni tənha insanlar günü kimi qeyd etmək ideyası yaranıb. “11.11” (ilin 11-ci ayının 11-ci günü) rəqəmlərin magiyasına inanan şərqlilər üçün tənha kişi və qadının simvoluna çevrilib. Müqəddəs Valentin gününün Çin analoqu sayılan yeni bayramın gənclər arasında populyarlığı hər il artır. Bundan istifadə edərək satışları da artırmağa çalışan iri riteyler agentlikləri sayəsində noyabrın 11-i həm də Dünya ticarət gününə çevrilib.

Ötən ilin bu günündə Alibaba kompaniyasının satış meydanlarındakı ticarət Amerikanın Qara cümə gününün (yeni il qabağı satış mövsümün başlanğıcı sayılan Şükranlıq bayramından sonrakı cümə) satış həcmini keçərək 24 saat ərzində 35 milyard yuana (5,7 milyard dollar) çatmışdı. Alibaba şirkəti dünya internet satışı bazarında imkanlarını xeyli genişləndirdiyindən bu rekordunu qırmaq niyyətindədir. Kompaniyadan verilən məlumata görə, aksiyada 175 ölkədən yüz minlərlə alıcı və satıcı iştirak edir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol