İran öz qırıcısını yaratdı

İranda "Kövsər” adlı yeni döyüş təyyarəsinin təqdimat mərasimi keçirilib.
Oxu.Az "IRNA” agentliyinə istinadla xəbər verir ki, yüksək rütbəli nümayəndələr, o cümlədən İran prezidenti Həsən Ruhani uçuşu müşayiət edib.
"Kövsər” iranlı mütəxəssislər tərəfindən hazırlanan 4-cü nəslə aid ilk təyyarədir. Onun yaradılmasında bir çox elmi-tədqiqat institutları iştirak edib. O, bort kompüteri, elektron displeyer, hədəfi izləyə bilən və təhlükəni aşkarlayan yeni radarlar və "ağıllı” naviqasiya sistemi ilə təchiz edilib.
Yayımlanan fotolara əsasən, yeni təyyarə 1959-cu ildə istehsal olunmağa başlanan ABŞ-ın F-5 təyyarəsi əsasında hazırlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















