• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın iki seçimi: Ya İrəvan xəritədən silinir, ya da...

Paşinyanın iki seçimi: Ya İrəvan xəritədən silinir, ya da...
25.08.2018 08:44
Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub, əhalisi isə kənardan gəlmədir. Erməni xalqının dövlətçilik tarixi olmadığından bu gün sivil və inkişaf edən bir dövlət də qura bilmirlər.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Ermənistan özünün növbəti ağır dövrünü yaşayır:

"1991-ci ildə müstəqillik qazandıqdan sonra Ermənistanın bütün fəaliyyəti ancaq qonşu Azərbaycan ərazilərinin işğalı oldu. Türkiyə, İran və Gürcüstana qarşı torpaq iddiaları da Ermənistanı daha ağır duruma saldı. Ermənistan müstəqilliyinin 27-ci ilində hələ özünün normal bir inkişaf modelini qura bilməyib. İndiki Ermənistan rəhbərliyi isə ölkədəki problemləri həll etmək əvəzinə daha da dərinləşdirir”.

Millət vəkili hesab edir ki, Paşinyan ölkəsinin problemlərini özündən əvvəlki Ermənistan rəhbərlərinə qarşı atdığı addımlarla həll edə bilməyəcək:

"Paşinyan və komandası indiyə qədər ölkənin problemlərinin kökündə Azərbaycan torpaqlarının işğalı olduğunu qəbul etmir və istənilən yolla işğal faktorunu uzatmağa çalışır. Məhz buna görə də Ermənistan siyasi bataqlıqda batmaqda davam edir. Bu yaxınlarda Ermənistanda dövlət büdcəsinə qənaət üçün dövlət qulluğunda olanların və hərbi qulluqçuların maaşının kəskin surətdə azaldılması nəinki ölkənin vəziyyətini düzəldə, ən əsası Paşinyanın mövqelərini möhkəmləndirə bilməyəcək”.

Millət vəkili Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi vəziyyətə də nəzər salıb:

"Növbədənkənar seçkilərdə Paşinyan qalib gələcək, çünki cəmiyyət Paşinyanın səhvlərinə baxmayaraq, yenidən Köçəryan, Sərkisyan dövrünə qayıtmaq istəmir. Ancaq bununla belə, Paşinyanın ona olan ümidləri doğrulda bilməməsi istənilən halda Ermənistan cəmiyyətini ayılmağa vadar edir. Bu gün İrəvanda açıq şəkildə Azərbaycan torpaqlarının işğalından danışırlar, əhali hakimiyyətin Qarabağ siyasətini daha çox tənqid etməyə başlayıb. Bu baxımdan əgər Ermənistan düzgün seçim etməsə, bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol