• $
  • €
  • ₽
  • ₺
  • £

“RİA Novosti” adını dәyişdi

“RİA Novosti” adını dәyişdi
10.11.2014 23:50

Rusiyanın Beynəlxalq İnformasiya Agentliyi "Rossiya Seqodnya" yeni multimedia brendi olan "Sputnik"i təqdim edib.

ANN.Az APA-ya istinadən verdiyi məlumata görə, noyabrın 10-dan fəaliyyətə başlayan "Sputnik" xarici auditoriya üçün hesablanıb. "Sputnik"ə həm radio, həm də xəbər yayımı daxildir.

Təqdimat mərasimində çıxış edən agentliyin baş direktoru, tanınmış jurnalist Dmitri Kiselyov "Sputnik"in Rusiyada “RİA Novosti”ni əvəz etmək üçün nəzərdə tutulmadığını söyləyib: "Lakin "Rossiya Seqodnya" dünyada yeni adla, "Sputnik" brendi ilə tanınacaq. ria.ru saytı isə əvvəlki kimi fəaliyyət göstərəcək. Bu sayt Rusiyanın daxili auditoriyasına xidmət göstərəcək. Bu gündən fəaliyyətə başlayan sputniknews.com saytı ingilis, ispan, ərəb və çin dillərində fəaliyyət göstərəcək. Onlarla ölkədə nümayəndəliyi olan "Sputnik" multimedia qrupu tamamilə xarici auditoriyaya istiqamətlənib. Yeni brend altında olan KİV çoxqütblü dünyanı, hər bir ölkənin milli maraqlarını, mədəniyyətini, tarixini göstərmək üçün nəzərdə tutulub. Sputnikin məzmunu birqütblü təbliğatdan yorulan, alternativ nəzər nöqtəsi axtaran çoxmilyardlı auditoriyaya hesablanıb.

Qeyd edək ki, keçən il dekabrın 9-da Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” informasiya agentliyinin ləğv olunması haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, “RİA Novosti” informasiya agentliyi ləğv olunaraq onun bazasında “Rossiya seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılıb.

Sərəncamda yeni yaradılacaq informasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaq olduğu yazılıb. Prezidentin digər sərəncamı ilə “Rossiya 1” telekanalının aparıcısı Dmitri Kiselyov “Rossiya Seqodnya” agentliyinin baş direktoru təyin olunub. Agentliyə baş redaktor vəzifəsinə isə "Rossia Today" kanalının baş direktoru, milliyyətcə erməni Marqarita Simonyan təyin olunub.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol