• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan kirədə qalıb

Ərdoğan kirədə qalıb
10.11.2014 09:20
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident sarayının son zamanlar müzakirə mövzularından birinə çevrilməsinə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki günlük Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Jurnalistin, “Prezident Sarayı mövzusu dünya mətbuatında dəfələrlə yayımlandı, baş xəbərlərdən oldu. Ağ Evlə, Versel Sarayı ilə müqayisə etdilər. Bunu necə dəyərləndirirsiniz?”, -sualını bu cür cavablandırıb:“Bu bina ölkəmizin ehtiyacı üçün inşa edilib. Xarici qonaqlarımızı qarşılamaq üçün 11-12 il prospektləri bağlamalı, hətta mərasimləri küçədə keçirməli olmuşuq. Çankayada bundan sonra Əhməd bəy (Davudoğlu) oturacaq. Mən baş nazirliyim müddətində rəsmi iqamətgahda qalmamışam. Keçiörəndə binalardan birində kirədə qalırdım – bunu heç deməzlər. Ankarada Abdullah bəyin oturduğu iqamətgaha daşınmağım isə prezident seçildikdən sonra olub. Mən gələn prezidentlərə və başqa hörmətli qonaqlara yeməyi otellərdə yox, hamısına ziyafəti rəsmi iqmətgahda təşkil etmişəm. Biz bunları bizdən əvvəlkilər kimi otellərdə vermiş olsaydıq, rəqəmlər artmış olardı. Bunu deməzlər. Bu qədər həssasiyyət içində olmuşam.”Qeyd edək ki, Türkiyədə yeni tikilmiş və 1000 otağı olan təzə prezident sarayının xərcləri 615 milyon dollar, ümumi sahəsi 150,000 kvadrat metrə yaxındır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol