• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-a xəbərdarlıq: Milyardlara başa gələcək

ABŞ-a xəbərdarlıq: Milyardlara başa gələcək
29.05.2020 01:19
Kosmik qüvvələrin yaradılması yalnız ABŞ-ın müdafiə qabiliyyətinə zərər vuracaq.

Axar.az xəbər verir ki, bu sözləri "Forbes” jurnalı üçün yazdığı məqalədə hərbi ekspert Loren Tompson deyib. Ekspertin sözlərinə görə, ABŞ sadəcə bir az düzəlişlər etməklə mövcud hərbi strukturunu qorumalıdır.

"Kosmik qüvvələrin yaradılması hər şeydən əvvəl hərbi qurumlar arasındakı əsas münasibətləri zədələyəcək. ABŞ ordusu orbital sistemdən, geolokasiyadan və peyk əlaqəsindən kəskin şəkildə asılıdır və yeni qoşun növünün yaradılması uzun illər ərzində formalaşdırılmış əlaqələrin dağılmasına səbəb ola bilər. Müxtəlif birləşmələr arasında əlaqə zamanı yeni baryerlər yaranacaq ki, bunlar da qarşılıqlı fəaliyyətin pisləşməsinə gətirib çıxaracaq. Nümunə üçün səbəbi informasiya mübadiləsindəki çatışmazlıqlar olan 11 sentyabr hadisələrini göstərmək olar”.

Tompson hesab edir ki, kosmik qüvvələr heç cür özünü təmin edə bilməyəcək və digər qoşun birləşmələrinin resurslarından istifadə etməyə başlayacaq. Eyni zamanda, bu qoşun növü üçün yeni hərbi doktrina, mülki və hərbi personal, xüsusi təşkilati dəstək və formalar lazım gələcək. Ekspert bütün bunların milyardlarla dollara başa gələcəyi barədə xəbərdarlıq edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol