Hərbi zavodda PARTLAYIŞ: Ölənlər var

Rusiyanın Nijni Novqorod vilayətindəki müdafiə sənayesi zavodunda partlayış baş verib.
Anews.az unikal.org-a istinadən xəbər verir ki, hadisə Dzerjinski şəhərindəki Y.M. Sverdlov adına müəssisənin ammonal istehsalı sexində qeydə alınıb.
İlkin məlumatlara görə, iki nəfər ölüb, üçü yaralanıb.
Partlayış nəticəsində, təxminən, yüz kvadratmetrlik sahədə yanğın olub, hazırda yanğının lokallaşdırılması və söndürülməsinə çalışırlar.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















