• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan güc nümayişi

Rusiyadan güc nümayişi
07.11.2014 14:02

Parad 1941-ci ildə keçirilmiş əfsanəvi paradın ildönümü münasibətilə təşkil olunub

Rusiyanın paytaxtı Moskvada hərbi parad keçirilib. Parad 1941-ci il noyabrın 7-də keçirilmiş əfsanəvi paradın ildönümü münasibətilə təşkil olunub. 

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Kreml divarları yaxınlığından həmin illərin hərbi geyimində olan parad iştirakçıları yürüş edib. Yürüşdə 6 min adam iştirak edib. Onlar Moskvanın müxtəlif yönümlü hərbi məktəblərinin kursantları, şagirdləri və hərbçilərdən ibarət olub. 

Paradın şərəf tribunasında isə 1941-ci ilin əfsanəvi paradının iştirakçısı olmuş 28 nəfər əyləşib. 

Parada tamaşa edənlər Böyük Vətən Müharibəsindən tutmuş, Moskvanın müdafiəsinə və Reyxstaqın alınmasına həsr olunmuş epizodların rekonstruksiyasını görüblər. İlk dəfə eksponat qismində İ-153 və MİQ-3 təyyarələrini görmək mümkün olub. 

Paradda iştirak edən bütün hərbi texnika bu gün Moskva vaxtı ilə saat 21:00-a kimi Qızıl Meydanda qalacaq. Bununla da, bütün arzu edənlər Qələbəni gətirən silahları yaxından görə biləcəklər.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol