• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğandan ABŞ-a SƏRT MESAJ – “Buna dözməyəcəyik!”

Ərdoğandan ABŞ-a SƏRT MESAJ – “Buna dözməyəcəyik!”
08.09.2018 12:46
Türkiyə Amerikaya yenə də sərt mesaj göndərib.

BAKU.WS xəbər verir ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter” hesabında sərt sözlər yazıb.

Ölkə başçısı mesajları ingilis, rus, fars və türk dillərində yazıb. O, bir daha Türkiyənin Suriya xalqına dayaq olacağını vurğulayıb.

Ölkə başçısı bildirib ki, Türkiyə Bəşər Əsəd rajiminin hakimiyyətinin güclənməsi naminə Suriyada minlərlə günahsız insanın ölümünü sakit izləməyəcək.

"Biz Suriyanın əbəs yerə bombalanmasına, terrorçuların yerinə günahsız insanların öldürülməsinə dözməyəcəyik. Bu məsələni Rusiya-Türkiyə-İran dövlətlərinin iştirakı ilə keçirilən danışıqlarda demişəm və yeni danışıqlarda da bu məsələ mənim yeganə tələbimdir”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri bildirib ki, İdlib şəhərində kimyəvi silahların istehsalı və digər gərginlik yaradan məsələlər qaldırılır. Bununla da, Suriya danışıqlarına kölgə salmaq istəyirlər. Buna baxmayaraq, Türkiyə Astana danışıqlarına sadiq qalacaq.

Bu açıqlamalarla Ərdoğan ötən gün ABŞ Suriyanın İdlib şəhərini bombalamaq istəyinə cavab verib.

Qeyd edək ki, ötən gün ABŞ-ın Suriya təmsilçisi Ceyms Ceffrey yerli mətbuata İdlib şəhərində kimyəvi silah istehsal olunması ilə bağlı fikirlər səsləndirib. Amerikalı diplomat vurğulayıb ki, əllərində bununla bağlı tutarlı sübutlar var.

Bu səbəbdən də, Ceyms Ceffrey vurğulayıb ki, Amerika İdlib şəhərinə hava hücumu təşkil etmək niyyətindədir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol