• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı iş adamına Rusiyada vəzifə verildi

Azərbaycanlı iş adamına Rusiyada vəzifə verildi
10.09.2018 10:04
Rusiya Federasiyasının tərkibindəki Saxa Respublikasında yaşayan soydaşımız Əliş Zabid oğlu Məmmədov 9 sentyabrda keçirilən seçkilərdə böyük fərqlə qalib gələrək, 3-cü dəfə Saxa Dövlət Məclisinin - İl Tümen-in üzvü seçilib. Onun topladığı səs faizi (89,2%, 25 saylı Xanqalasskiy Seçki Dairəsi, ilkin hesablama) Saxa (Yakutiya) üzrə ən yüksək göstəricilərdən biridir.

Anews.az modern.az xəbər verir ki, bu barədə onun dostu, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı bildirib.

Əliş Məmmədov 10 fevral 1958-ci ildə Şəki rayonunun Oraban kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universitetinin) məzunudur (1979). Əmək fəaliyyətinə "YakutPromStoyMaterial"da ("ЯкутПромСтройМатериал") başlayıb. Keçmiş Sovet Ordusunda hərbi xidmətdən sonra yenidən Saxaya dönən Ə.Məmmədov, tikinti sektorunda müxtəlif vəzifələrdə çalışıb. 1989-cu ildən isə "YakutSement"in baş direktorudur.
 
Uluslararası İnşaat Akademiyasının müxbir üzvü olan Ə.Məmmədov Saxa (Yakutiya) Respublikasının əməkdar inşaatçısıdır. Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə layiq görülüb. Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi kimi geniş şöhrət qazanıb. İl Tümenə keçirilən IV, V və artıq VI seçkilərdə deputat seçilib. 

Azərbaycanımızın adını həmişə uca tutan, Saxa (Yakutiya) Respublikasındakı diasporumuzun təşkilatlanmasında, Saxa ilə Azərbaycan arasında ictimai-mədəni ilişkilərin güclənməsində, habelə saxalılara Azərbaycan mədəniyyətini tanıtmaq sahəsində Əliş Məmmədovun böyük xidmətləri var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol