Rusiyada həbslər: 1018 nəfər yaxalandı

Rusiyada dünən baş tutan etiraz aksiyalarında 1018 nəfər həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "OVD-İnfo” saytı yayıb. Sayt bu qədər şəxsin 38 şəhərdə keçirilən aksiyalar zamanı yaxalandığını bildirib. Ən çox həbs Sankt-Peterburq və Yekaterinburq şəhərlərində qeydə alınıb. Belə ki, Sankt-Peterburqda 452 nəfər, Yekaterinburqda isə 183 nəfər saxlanılıb.
Qeyd edək ki, dünən Rusiyanın əksər şəhərlərində Aleksey Navalnının çağırışı əsasında təqaüd reformlarının əleyhinə genişmiqyaslı aksiyalar keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















