• $
  • €
  • ₽
  • ₺
  • £

Köçəryan bəyanat verdi – Ermənilərə çağırış

Köçəryan bəyanat verdi – Ermənilərə çağırış
12.09.2018 20:16
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ofisi Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və KTMT-nın hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı müzakirə apardıqları telefon danışığına görə bəyanat yayıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Bəyanatda Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı birbaşa olaraq Nikol Paşinyanın idarə etdiyi siyasi təqib həyata keçirildiyi bildirilib:

"Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin telefon danışığı bu məsələdə şübhə yeri qoymur. Söhbətdən görünüdüyü kimi lap əvvəldən qarşıya 1 mart hadisələrini aydınlatmaq və günahkarları yaxalamaq tapşırığı deyil, sadəcə, siyasi vendettanın klassik nümunəsi olan prezident Köçəryanı həbs etmək tapşırığı qoyulub. Qərarı qəbul edən ilk instansiya olan hakim hökumətin kəskin təzyiqi altında olub və qanunsuz qərar qəbul edib”, - bəyanatda bildirilib.

Köçəryan baş verənləri yüksəkçinli məmurların iştirakı ilə törədilən cinayət adlandırıb.

"Bu telefon söhbətlərinin yalnız müəyyən bir vəziyyətlə əlaqəli bəzi epizodları deyil, mövcud rejimin bütün mahiyyətini, hakimiyyət orqanlarının gerçək üzünü də açmağa kömək etdiyini söyləmək lazımdır. Səhərdən axşama qədər sevgi və tolerantlıqdan dəm vuran, məhkəmənin toxunulmazlığını bəyan edən şəxslər cəmiyyəti aldadaraq bunun tam əksini edirlər. Demokratiyadan danışan şəxslər özləri ən kobud formada demokratik azadlıqlar və insan hüquqlarını pozurlar”.

Köçəryan hakimiyyətin ona qarşı apardığı siyasi təqibin yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb:

"Biz bütün həmvətənlərimizi və dostlarımızı vəziyyəti, hökumətin iş tərzini ayıq başla qiymətləndirməyə, təbliğat pərdəsini yarmağa və Ermənistanı demokratik ölkədən diletantların bolşevizm prinsipləri əsasında idarə etdiyi və siyasi repressiyaların aparıldığı ölkəyə çevrilməsinə izn verməməyə dəvət edirik”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol