• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvilidən bütün gürcülərə: Kömək edin!

Saakaşvilidən bütün gürcülərə: Kömək edin!
12.09.2018 17:51
Gürcüstan hökuməti marixuananın tibbi məqsədlər üçün yetişdirilib ixrac edilməsi imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu iddia ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib. Onun sözlərinə görə, marixuananın ölkədə leqallaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsinin verdiyi qərar öncədən Bidzina İvanişvili ilə razılaşdırılıb:

"Dünən Bidzina İvanişvili siyasi şuranı və Gürcü Arzusunu topladı. O, Gürcüstanı marixuananın istehsal və ixrac edildiyi ölkəyə çevirəcək qanunu dəstəkləməyə çağırdı.

Bir neçə ay əvvəl mən nə demişdim? Axı mən deyirdim ki, leqallaşma İvanişviliyə lazım idi. Ona görə ki, bir neçə həftə əvvəl onun qohumu Uça Mamatsaşvili Amerikadan bu işin mütəxəssislərini gətirib, Gürcüstanda narkokartel yaratmalı idi. Onlar bu gün həmin işi görürlər.

Mənim zamanımda Gürcüstan mədəniyyətin, inkişafın, logistikanın, yeni texnologiyaların regional qovşağı olmuşdu. İvanişvili bunun hamısını ortadan qaldırdı və indi Gürcüstanı narkoqovşağa çevirmək istəyir”.

Saakaşvili İvanişvilinin rəhbəri olduğu Gürcü Arzusu Partiyasına da müraciət edib:

"Mən Gürcü Arzusunun üzvlərinə müraciət edirəm: Siz də axı gürcüsünüz. Ola bilər ki, siyasi baxımdan bir-birimizin xoşuna gəlmirik, amma siz də vətəninizi sevirsiniz və İvanişvilinin sizi böyük problemə çəkdiyini anlayırsınız.

İvanişvili Gürcüstana nifrət edir və pulu sevir. Ona görə də o, prezidentliyə Zurabişvilinin namizədliyini irəli sürür və Gürcüstanı narkotik istehsal və ixrac edən ölkəyə çevirir. Üstəlik, Bidzina, Uça və Bidzinanın oğlu Bera bütün Gürcüstanı narkotik mağazaları şəbəkəsinə çevirmək istəyirlər. Bu, fakt və reallıqdır.

Gürcüstanın xilası üçün biz hamımız birləşməliyik. Hazırda partiya mənsubiyyətinin heç bir əhəmiyyəti yoxdur. Bu adam böyük şərdir və bu şər Gürcüstanda öz köklərini qoymamalıdır. Bu, Gürcüstan üçün böyük biabırçılıq olacaq. Əgər bu insan, Gürcüstanın yarısını hipnoz edən bu piton öz köklərini Gürcüstanda qoya bilsə, biz vətənsiz və dövlətsiz qalacağıq. Mən hətta canım bahasına olsa belə, onunla sona qədər mübarizə aparacağam. Ölkəsiz qalmamağımız üçün mənim sizin köməyinizə ehtiyacım var”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol