• $
  • €
  • ₽
  • ₺
  • £

Arvadını hamamda sevgilisi ilə tutdu və...

Arvadını hamamda sevgilisi ilə tutdu və...
13.09.2018 10:56
Türkiyənin Zonguldak rayonunun Ereğli qəsəbəsində arvadını evdə bir başqasıyla yaxaladıqdan sonra onu döyən Soner U.-nun polisə verdiyi ifadəsi yayılıb.

Soner "Bayram məni görüncə əlimə doğru təpik atdı və sağ çeçələ barmağım çox ağrıdı. Mən də taxta parçası ilə özümü qorudum" deyib.

Soner U. ifadəsində qonşularının Bayramı evinin ətrafında tez-tez gördüyünü, xəbər ona çatınca, izləyib, məsələni aydınlaşdırmağa çalışdığını bildirib:

"8 illik evliyik. Arvadımın başqa bir kişi ilə münasibətinin olduğunu hiss etdim. Bizim qonşu kənddə yaşayan Bayram son bir neçə aydır tez-tez mənim yaxınlığımda dolanır, son zamanlar çox qarşıma çıxırdı. Şenay telefonunu koda qoymuşdu və hara getsə telefonunu özü ilə aparırdı. O səhər saat 07.25- radələrində işə getmək üçün evdən çıxdım. Bayram mənim qarşımdan maşını ilə keçdi. Mən də dərhal şübhələnərək dostum Turgay və arvadımın qardaşı Sezerə zəng edərək, mənim evimin yanına gəlməklərini istədim.

Arvadıma evə girməmişdən öncə zəng etdim. Telefonu açmadı. İkinci dəfə zəng edəndə cavab verdi. Nə olduğunu soruşdu. Xəstəxanaya gedəcəyimi söylədim. Evin qapısını döydüm. 5 dəqiqə keçsə də qapı açılmadı. Sonra arvadım qapını açdı. Əlimdə bir odun parçası vardı. Mən "Evdə kim var?" soruşdum. Arvadım "Heç kim yoxdur" dedi. Evi axtarmağa başladım. Ancaq heç kimi tapmadım. Bu an hamamdan çıxıb, qaçmağa başlayan Bayramı qapıda gördüm. Arvadımın qardaşı onu tutdu. Bayram qaçmağa çalışırdı. Bizə hücum edib, vurmağa başladı. Mən də əlimdəki odun parçası ilə bir neçə dəfə vurdum. Arvadıma əl qaldırmadım, Bayramdan və arvadımdan şikayətçiyəm".

Soner U.-nun arvadı Şenay U. isə "Bayram ilə səhər yeməyi yedikdən sonra ərim gəldi. Bayramı da məni də döydü. Şikayətçiyəm ondan" ifadələrini işlədib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol