İlyas İsmayılovun oğlu Türkiyədə öldürüldü

Türkiyədə azərbaycanlı iş adamı, eyni zamanda siyasi analitik Etimad İsmayılov qətlə yetirilib.
Anews.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib. O, Floryadakı ofisində silahlı hücuma məruz qalıb.
Başından və ürəyindən güllə yarası alan İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Gözəl Dəmirovun axtarışlarına başlanılıb.
Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. O, eyni zamanda məşhur jurnalist, "Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanın həyat yoldaşıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















