• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin dünyaya sualtı sürprizi

Putinin dünyaya sualtı sürprizi
05.11.2014 14:07

Bu “Lada” o “Lada”dan deyil!

 Rusiyanın yeni “Lada” sualtı qayığı ABŞ-ın dəniz hökmranlığına son qoyacaq. Bununla belə Vaşinqton öz qlobal geosiyasi rolunu birdəfəlik itirmək riski ilə üzləşəcək.

ANN.AZ FaktXəbər-Ə istinadən bildirir ki,  Rusiya Federasiyasında 677 seriyalı “Lada”  sualtı qayığın təchiz olunması barədə layihə qəbul edilib. Sınaq uğurla başa çatıb. “Lada” havadan asılılığı olmayan enerji qurğularına görə (Havadan asılı olmayan mühərrik suyun uzərinə qalxmağa ehtiyacsız edən yeni bir texnologiyadır. Bu termin adətən nüvə enerjisindən istifadəni istisna edir.

Mühərrkin 4 növü var:

1. Kənar isti ilə işləyən mühərrik;2. Qapalı stirlinq dizelli mühərirk;3. Buxar turbinli qapalı dövr qurğusu əsasında quraşdırılan mühərrik;4. Elektrokimiyəvi generatorla işləyən enerji qurğuları. Müxtəlif ölkələr havadan asılı olmayan enerji qurğularını özünəməxsus şəkildə istehsal edir. Məsələn, İsveç stirlinq mühərriki əsasında qurğular istehsal edir, Almaniya  qurğuların istehsalında elektrokimiyəvi generatordan yararlanır, Fransa isə  buxar turbinli qapalı qurğu əsasında havadan asılı olmayan enerji qurğularını tətbiq edir. Qeyd edək ki, Rusiya havadan asılı olmayan enerji  qurğularının istehsalını elektrokimiyəvi generator əsasında edir - red) dünyada ən müasir və təchizatlı sualtı qayıqlardan sayılır. Ona oxşar sualtı qayığı təkcə Almaniya və İsveçdə hazırlayırlar. Lakin nə Almaniyanın, nə də İsveçin sualtı qayıqları istər taktiki və texniki xüsusiyyətləri baxımından, istərsə də silah gücü baxımından rusların “Lada”sı ilə müqayisə etmək mümkün deyil. “Rubin” Mərkəzi Layihə-tikinti Zavodunun istehsalı olan “Lada” sualtı qayığı həm torpedo, həm də  ixtisaslaşdırılmış şaquli raket şaxtaları vasitəsilə stasionar dəniz və yerüstü hədəflərə raket zərbələri endirməyə qadirdir. Nadir hidroakustik kompleksə görə, bu qayıq xeyli uzaq məsafədə hədəfi aşkar edir. “Lada” 300 metrə qədər suyun dərinliyinə enərək, 45 sutkaya qədər suyun altında qala bilir. Qayığın səsinin azadılması üçün vibro-izolyator və maqnitli avarçəkmə elektrik mühərrikindən istifadə olunur. Qayığın korpusu isə hidrolokatorların siqnallarını udan xüsusi “Şimşək” materialı ilə döşənmişdir. Qeyd edək ki, Rusiya donanması 2020-ci ilə qədər 14 ədəd bu cür qeyri-nüvə sualtı qayığı almağı planlaşdırır. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol