Obamanın təyyarəsində problem

ABŞ prezidenti Barak Obama daxili səfər zamanı təyyarəsini dəyişmək məcburiyyətində qalıb. Ağ evdən verilən məlumata görə, buna ölkə rəhbərinin əsas laynerində yaranmış “kiçik mexaniki nasazlıq” səbəb olub.TASS informasiya agentliyinin verdiyi məlumata görə, Barak Obama ABŞ Konqresinə noyabrın 4-ə planlaşdırılmış seçkilər ərəfəsində Demokrat partiyasından olan tərəfdarlarını dəstəkləmək üçün bazar günü Konnektikut və Pensilvaniya ştatlarına səfər edib.Prezident Filadelfiyada laynerində yaranmış texniki nasazlıq səbəbindən təyyarəsini dəyişməli olub.Ağ evin rəsmi nümayəndəsi Erik Şults ehtiyat təyyarəyə keçidin prezidentin səfər qrafikinə təsir etmədiyini bildirib.//AzərTAc
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















