• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan “vor zakon”larla ittifaq yaradır

Paşinyan “vor zakon”larla ittifaq yaradır
05.10.2018 22:46
Ermənistanın baş naziri Nikol Paşinyan Robert Koçaryan və Serj Sarkisyanın komandalarına qarşı müqaviməti gücləndirmək üçün "vor zakon”larla (qanuni oğrular) ittifaq yaratmağa başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "İravnuk” qəzeti hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Nikol Paşinyan parlament və parlamentdən kənar siyasi qüvvələrin mövqeyini nəzərə almadan ölkəni növbədənkənar seçkilərə aparmağa çalışdığı bir vaxtda, baş nazirin birinci müavini və Paşinyanın "sağ əli” Ararat Mirzoyana heç də asan olmayan missiya tapşırılıb. Belə ki, Mirzoyan erməni "vor zakon”larla danışıqlar aparıb, onları Paşinyanla ittifaqa cəlb etmlidir. 

"Əldə etdiyimiz məlumatlara görə, Mirzoyan Ermənistan daxilində yaranmış siyasi böhran vəziyyətilə əlaqədar kriminal avtoritetlərlə görüşüb danışıqlar aparmalıdır. Çünki kriminal aləm Nikol Paşinyana birmənalı dəstəyini ifadə etməsinə baxmayaraq, əməkdaşlıq üçün onların da öz şərtləri var. Tələblər isə əsasən silahdaşlarının amnistiyası ilə bağlıdır” - "İravnuk” yazıb. 

Qeyd edək ki, apreldəki "inqilab”dan sonra hakimiyyətə gələrkən Paşinyanı dəstəkləyən "Çiçəklənən Ermənistan” və "Daşnaksütyun” partiyaları indi növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsində ona xəyanət edərək Respublikaçılarla eyni cəbhədə yer alıblar. Nəticədə Paşinyan həmin partiyaların təmsilçisi olan nazir və qubernatorları işdən qovub. 

Bu mənada erməni KİV-ri yazır ki, digər siyasi qüvvələri də cəlb etməklə Sarkisyan-Koçaryan cütlüyünün yenidən birləşərək ona qarşı vahid güc mərkəzi yaradacağından ehtiyatlanan, həmçinin, Qarabağdakı generalların hələ də "Qarabağ klanı"nın təsiri altında olduğunu dərk edən Paşinyan mümkün hərbi çevrilişdə onun yanında yer alacaq "silahlılara” ehtiyac duyur. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol