• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir əfsanə karyerasını bitirdi

Daha bir əfsanə karyerasını bitirdi
08.10.2018 13:12
İngiltərə millisinin və "Çelsi”nin sabiq futbolçusu Con Teri futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, 37 yaşlı Teri "Instagram”dakı profilində bunu qeyd edib:

"Futbolçu kimi 23 möhtəşəm ildən sonra karyeramı bitirməyin doğru zamanının indi olduğuna qərar verdim. Çox adama təşəkkür etməliyəm. Həyat yoldaşım Toni və uşaqlarım – Corci ilə Samə karyeram boyu mənə arxa olublar. Sizsiz mən heç nə edə bilməzdim. Sizi bütün ürəyimlə sevirəm”.

Həmçinin Teri valideynləri Syu və Tedə, eləcə də, qardaşı Pola təşəkkür edib. O, 14 yaşından "Çelsi”yə keçməklə düzgün addım atdığını, 1999-cu ildə "Notinqem Forest”ə icarəyə verilib gənc oyunçu kimi inkişaf etdiyinə və ötən mövsüm "Aston Vila” kimi klubun kapitanı olduğu üçün bu klublara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Teri ötən ay Moskva "Spartak”ına keçməyə yaxın idi. Lakin Teri son anda bunun ailəsi üçün düzgün qərar olmadığına görə fikrindən vaz keçmişdi.

Onu da bildirək ki, Con Teri 78 dəfə İngiltərə millisinin şərəfini qoruyub. O, "Çelsi” ilə beş dəfə İngiltərə çempionu olub, beş dəfə ölkə kubokunu, üç dəfə Liqa Kubokunu qazanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol