• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ birjası çökdü

ABŞ birjası çökdü
11.10.2018 18:33
ABŞ-ın 10 illik istiqrazının faizinin 3.23%-ə yüksəlməsi və Çinlə davam edən "ticarət müharibəsi”nə dair narahatlıqların yenidən artması nəticəsində ABŞ şirkətlərinin səhmlərində böyük ucuzlaşma baş verib. 

Oxu.Az xəbər verir ki, Nyu-York birjası son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi 4%-dən çox düşərək son iki ilin, "Dow Jones” və "Standard & Poor's 500” indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək, son səkkiz ayın ən böyük itkilərini veriblər.
 


Bunların arasında ən böyük zərərlə NASDAQ indeksi üzləşib. Çünki bu indeks ABŞ-ın yüksək texnologiyalı aparıcı şirkətlərinin səhmlərini əhatə edir. Ticarət əməliyyatlarının nəticəsinə görə, NASDAQ 4,08 faiz çökərək, 7 422,05 bəndə qədər geriləyib. Fond bazarının silkələnməsi 2018-ci ilin fevralından bəri yenidən rekord düşmə göstərib.

Bazarın çökməsində əsas drayver rolunu Çindən gətirilmiş çiplər oynayıb. ABŞ şirkətləri və dövlət orqanları hesab edirlər ki, onlarda casusluq qurğuları olub. Bu çiplər haqqında "Apple” və "Amazon” kimi ABŞ nəhəngləri məlumat veriblər. 

Bazara olan təzyiqlərdən başqa, analitiklər hesab edirlər ki, ticarət müharibəsi nəticəsində şirkətlərin gəlirləri azalacaq və bu da səhmlərin ucuzlaşmasına səbəb olacaq, nəticə isə özünü fond indekslərində göstərəcək. 

Digər amillərdən biri isə ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini qaldırmaq cəhdləri ilə bağlıdır. Bu, ABŞ şirkətləri üçün borc alətlərini daha əlçatmaz səviyyəyə qaldıra bilər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol