• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” istifadəçilərinin sayı açıqlandı

“Facebook” istifadəçilərinin sayı açıqlandı
29.05.2020 03:01
"Facebook"un təsisçisi Mark Zukerberq yaratdığı sosial şəbəkənin istifadəçilərinin sayını açıqlayıb.ANS PRESS-in məlumatına görə, Mark bu barədə öz rəsmi "Facebook" hesabında məlumat verib. O, açıqlamasında gündəlik təxminən 703 milyon istifadəçinin mobil telefondan sosial şəbəkəyə daxil olduğunu bildirib. Son ildə bu göstərici 39% artıb.Onun sözlərinə görə, sosial şəbəkədən ayda bir dəfə 1,35 milyard insan istifadə edir. Son üç ayda isə "Facebook"un auditoriyası 30 milyon istifadəçi artıb. "Facebook" istifadəçilərinin sayının artım tempi azalır: son üç rübdə sosial şəbəkəyə 40-50 milyon yeni istifadəçi qoşulub. Hər ay 1,12 milyard insan sosial şəbəkənin mobil xidmətlərindən istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir. Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırır. "Facebook" həmçinin, "WhatsApp" və "Instagram" xidmətlərinə sahibdir.Bu il sentyabrın 14-nə olan məlumata əsasən, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 872 mini ötüb, avqustun 31-də bu göstərici 870 min idi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi xəbərə görə, son 6 ay ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 90.640 və ya 11.59 faiz, 3 ay ərzində isə 80.040 və ya 10.01 faiz artıb. Son ay ərzində istifadəçi artımı 18.760 və ya 2.2 faiz təşkil edib.Azərbaycan "Facebook" istifadəçilərinin sayı üzrə tərtib edilmiş reytinqdə artıq 84-cü yerdə qərarlaşıb. Müqayisə üçün: iyulda 85-ci, iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci mövqedə yer alıb.Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (100), Estoniya (105), Belarus (108), Latviya (110), Ermənistan (113), Moldova (118), Özbəkistan (136), Qırğızıstan (155), Tacikistan (172) və Türkmənistan (202) ölkələrini qabaqlayıb.Azərbaycanda "Facebook"dan əhalinin 10.51 faizi və ölkənin ümumi internet istifadəçilərinin 23.66 faizi istifadə edir.Azərbaycanda "Facebook" istifadəçilərinin 49 faizi və ya 427.594 18-24 yaş aralığındadır. Ölkəmizdə "Facebook" pərəstişkarlarının əksəriyyəti (63 faiz) əvvəlki kimi kişilərdir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol