• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiyalı kişi holoqramla evləndi

Yaponiyalı kişi holoqramla evləndi
28.05.2020 18:24
Tokio sakini Akixiko Kondo animal personaj olan Hasune Miku ilə evlənib. 35 yaşlı yapon toy mərasiminə iki milyon yen (30000 manata yaxın) pul xərcləyib.

Kondo özünü xoşbəxt hesab etsə də, ailəsi onun bu addımını bəyənməyib.

Bir cizgi filmində populyar müğənni obrazı olan Hasune Miku, yəni gəlin toya kukla şəklində qatılıb. Toy mərasiminə 40 qonaq qatılsa da, onların arasında bəyin və gəlinin qohumları olmayıb. Bəy öz xanımına ürəkdən aşiq olduğunu bildirərək, holoqram gəlinin heç bir vaxt ona xəyanət etməyəcəyini və qocalmayacağını vurğulayıb.

Yazın əvvəlindən etibarən Kondo öz holoqram sevgilisi ilə eyni evdə yaşayır və gecələr holoqram obrazı əvəz edən kukla ilə yatır. Bu nikah rəsmi olaraq qeydə alınmasa da, holoqram Miku ilə evlənmək üçün sertifikat tələb olunub.

Qeyd edək ki, Hasune Miku ilə evlənmək üçün 135 nəfər sertifikat əldə edib. 

Kondoya gəlincə isə, o heç vaxt canlı qadınlarla ünsiyyət qura bilmədiyini vurğulayıb.

İndi o animal obrazlara sevginin nə zamansa ayrıca bir seksual oriyentasiya kimi qəbul ediləcəyinə inanır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol