8 qadın nazir təyin olundu

İndoneziyada prezident Coko Vidodo yeni hökumətin tərkibini açıqlayıb. Nazirlər kabinetinin bu dəfəki tərkibində 8 qadın nazir vəzifəyə yiyələnib.Qadın nazirlər bu vəzifə üçün 30-a yaxın namizədlər arasından seçilib. Vidodo çıxışı zamanı yeni hökumətə öz işində uğurlar arzulayıb.Ölkə tarixində ilk dəfə olaraq Xarici İşlər Nazirliyi vəzifəsi də qadın diplomata - ölkənin Hollandiyadakı hazırkı səfiri Retno Lestari Marsudiyə tapşırılıb.Vidodo hələ seçki kampaniyası dövründə vəd vermişdi ki, onun rəhbərliyi partiyanın bonzalarından deyil, yüksək səviyyəli peşəkarlardan ibarət olacaq.//Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















