• $
  • €
  • ₽
  • ₺
  • £

Osmanlı imperiyasının tarixini dəyişən Hürrəm Sultanın nəvəsi Parisdə tapıldı - FOTO

Osmanlı imperiyasının tarixini dəyişən Hürrəm Sultanın nəvəsi Parisdə tapıldı - FOTO
19.11.2018 09:40
Lara Adra Osmanoğlu adını ilk dəfə eşidirik.

Anews.az "ölkə.az"-a istinadən bildirir ki, Lara Adra Osmanlı İmperiyası tarixini dəyişən qadın Hürrəm Sultanın yaşayan nəvələrindən biridir.

Parisdə yaşayan və Osmanlının ən gənc qadın üzvlərindən biri olan Lara Adra 1986-cı ildə Parisdə anadan olub. Amma ailəsi o dövrdə Livandaydı. Müharibə səbəbindən Fransaya qayıdan rus əsilli anası Nadya Boqayevski doğuşdan sonra Livana qayıtdı. Amma ölkədəki problemlər ucbatından Parisə köçmək məcburiyyətində qaldı.

Onun atası Cemil Adra Sultan II Əbdülhəmidin oğlu Şahzadə Mehmed Səlimin qızı Nemika Sultanın qızı Fatma Fethiye Hanımsultanın oğludur. Livanda yaşayanda atası Cemil Adranın ofisi bombalandı və ailə çətin günlər keçirdi. Bu səbəbdən Fransaya köçdülər. İki yaşından bu yana Fransada yaşayan və bir fransız kimi böyüyən Lara Adra özünü "qautre quart" adlı fransız keksinə bənzədir: "Bu keks kərə yağı, süd, şəkər və qatıqdan hazırlanır. Mən də beləyəm. Fransız, livanlı, rus və türkəm".

Osmanlı imperiyası qalsaydı, Lara Adra şahzadə ünvanı alacaqdı və sarayda yaşayacaqdı. Amma bu gün adi bir gənc kimi yaşayır və bankda işləyir. Lara Adra sürgünə gedən sultan ailəsinin yaşadıqlarını dinləyərək böyüyüb. Fransada iqtisadiyyat üzrə təhsil alıb və ABŞ-da magistr dərəcəsinə yiyələnib. Parisdə bir bankda işləyir. Fransada onun kim olduğunu sadəcə yaxın dostları bilir. Şahzadə soyundan gəldiyi üçün qürur duyur. Amma Osmanlı tarixini bilməyən avropalıların ittihamlarını da eşitmək istəmir.

Lara Adra Osmanlı nəslindən olduğu üçün qürur duyur:
"Buna dəyər verdiyim üçün danışmıram. Mənim üçün çox önəmli və bununa qürur duyuram. Osmanlı imperiyası qalmasa da, hazırda sadəcə tarix olsa da, yenə də qürur duyuram. Ailəyə mənim kimi önəm verməyən bir insanla danışmaq istəmirəm. Çünki Fransada insanlar türk və Osmanlı tarixini bilmirlər. Sadəcə Avropa tarixini bilirlər".

Lara Adra eyni zamanda Sultan II Əbdülhəmidin nəvəsi olan nənəsi Fethiye Hanımsultana da heyranlığını dilə gətirib: "Sarayda yaşadığı halda sürgünə getdi və evinin xərclərini ödəmək üçün zinət əşyalarını satdı". 

Fethiye Sultan 12 yaşında sürgünə göndərilib. O, Fransada ailə qurub və ailəsini dolandırmaq üçün zinət əşyalarını satmaq məcburiyyətində qalıb.
"Müstəqil insan olub. İki əri ölüb dul qalıb və üç uşağını böyüdüb. Beyrutda qaynının evinin birinci mərtəbəsində yaşayıb. Uşaqlarını istədiyi kimi böyüdüb. Qadınlara at minmək qadağan edildiyi dövrdə nənəm at çapıb", - deyə Lara Adra nənəsindən bəhs edib.

Evdə fransız dilində danışdıqları üçün türk dilini öyrənə bilməyən Lara Adra 12 yaşında ilk dəfə Türkiyəyə səfər edib. Bütün sarayları gəzib və Topkapı sarayını çox bəyənib:

"Türkiyə hər şeydən əvvəl mənim bir parçamdır. Havasını, günəşini, hər şeyini sevirəm. Sürgündən əvvəl vətəndaşı idik. Qəlbimiz, tariximiz, hər şeyimiz Türk".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol