• $
  • €
  • ₽
  • ₺
  • £

“Putin gələn həftə...” – Trampdan şok tələb

“Putin gələn həftə...” – Trampdan şok tələb
26.11.2018 16:40
ABŞ-da prezident Donald Trampı Azov dənizində ötən gün baş verən münaqişəyə görə Rusiya prezidenti Vladimir Putini sərt cəzalandırmağa çağırıblar.

Publika.az Ukraynannın "Apostrof” nəşrinə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Brayan Fispatrik beynəlxalq hüququn Rusiya tərəfindən açıq şəkildə pozulduğunu bildirib.

"Rusiya tərəfindən Azov dənizində beynəlxalq hüquqların açıq pozulması və Ukraynanın müstəqilliyinə fitnəkar hücumu tamamilə qəbuledilməzdir. Rusiya Ukrayna gəmilərinin Ukrayna limanlarından azad istifadəsinə icazə vermək üçün Kerç boğazı vasitəsilə hərəkət azadlığını dərhal bərpa etməlidir”, - Konqres üzvü hesab edir.

Fispatrik qeyd edib ki, Moskvanın təcavüzü ABŞ-ın milli təhlükəsizlik maraqlarına birbaşa təhdiddir.

"Mən prezidenti və administrasiyanı gələn həftə G20 sammitində Vladimir Putini məsuliyyətə cəlb etməyə çağırıram. Biz ukraynalılarla yan-yana durmalıyıq”, - o əlavə edib.

Xatırladaq ki, ötən gün Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol