• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ən qorxulu yerlər

Bakıda ən qorxulu yerlər
21.10.2014 11:10
Azərbaycanda sürüşməyə ən çox meyilli olan zonalar cənub və şimal bölgələridir. Hazırda Bakıdakı sürüşmə zonalarında vəziyyət sabitdir.ANS PRESS-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının son zamanlar apardığı monitorinqlər zamanı sürüşmə zonalarında aktivləşmə olmadığı aşkarlanıb. Ekspertlərin fikrincə, ölkənin qərb və aran zonasını çıxmaq şərti ilə digər ərazilərdə torpaq sürüşmələri vaxtaşırı qeydə alınır. Ölkə paytaxtında Bayıl, Zığ, Masazır, Əhmədli sürüşməyə meyilli zonalara daxildir. Həmin sahələrdə sürüşmə prosesinin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilib, istinad divarları inşa edilib, sürüşmənin aktiv olduğu ərazilərdə torpağa slaylar vurulub, ağaclar əkilib. Abşeron yarımadası üzrə sürüşmə zonalarının xəritəsini hazırlanıb icra hakimiyyətlərinə təqdim olunub. Həmin xəritədə təhlükəli zonalar göstərilir və həmin ərazilərdə təsərrüfat işləri aparılmaması tövsiyə olunur. AMEA Hidrogeologiya və mühəndis-geologiya şöbəsindən bildirilib ki, ümumiyyətlə, torpaq sürüşməsi təkcə təbii səbəblərlə bağlı deyil. Geoloji fəlakətlərin ən təhlükəli növlərindən biri olan torpaq sürüşmələrinin əmələ gəlməsində təbii amillər- atmosfer yağıntıları ilə yanaşı, texnogen amillər - ağacların kəsilməsi, yaxud heç olmaması, qrunt suların əraziyə axıdılması, antropogen amillər- ağacların torpaqdakı rütubəti yarpaqları vasitəsilə transpirasiya etməsi nəticəsində torpaq rütubətinin azalması, dağ yollarında ağır tutumlu yük maşınlarının hərəkəti, çirkli məişət sularının axması və sairə böyük rol oynayır. Atmosfer yağıntılarının miqdarının artması sürüşmə prosesini bir tərəfdən aktivləşdirirsə, digər tərəfdən texnogen amillər mənfi təsirini göstərir. Bakı şəhərinə il ərzində 300 milyon yağıntı düşür.Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen faktorlar səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər. İndi bölgələrdə müəyyən sahələrdə sürüşmə prosesinin qarşısını alınması üçün addımlar atılır. Belə ki, sürüşmə zonası ərazilərdə fərdi tikinti işlərinin aparılmasına icazə verilmir. Əlaqədar qurumlar texnogen amillərin təsirini azaltmağa çalışırlar. Ölkənin şimal hissəsində yeni meşə solaqları alınır. Son vaxtlarda on minlərlə ağac əkilib. Yeni şəhərsalma planında yaşıllıq ərazilərin genişləndirilməsinə, yeni parkların, meşə zolaqların salınmasına önəm verilir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol