• $
  • €
  • ₽
  • ₺
  • £

"Reina" qətliamçısının dostunun telefonundan qorxunc videolar çıxdı

"Reina" qətliamçısının dostunun telefonundan qorxunc videolar çıxdı
29.12.2018 09:20
Qatukiyev ona qarşı ittihamları qəbul etməyib.

Bu günlərdə Adanada tutulan və terror təşkilatı "Heyət Təhrir Şam" adına fəaliyyət göstərən Çeçenistan əsilli, Rusiya vətəndaşı Əhməd Qatukiyev saxlanılıb. Onun telefonunda aparılan araşdırma zamanı videolarda bomba istehsalı qaydaları və x-ray cihazından keçə biləcək canlı bomba jiletinin necə istehsal olunması haqda informasiyalar ortaya çıxıb.

Anews.az aznews.az-a istinadən məlumat verir ki, Adana Respublika Prokurorluğunun araşdırması nəticəsində Adana Polis İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları terror təşkilatı Əl-Qaidənin Suriya qolu "Heyət Təhrir Şam"da fəaliyyət göstərən şəxsin Adanada olması ilə bağlı 21 dekabrda əməliyyat həyata keçirib.

Terrorist Yüreğir rayonunun 19 May məhəlləsində tutulub.

Kəskin nişançı olmasıyla yanaşı mərmi və raket mövzusunda mütəxəssis olan şübhəlinin başda Suriya olmaqla Çeçenistan, Misir və Əfqanıstandakı qarşıdurmalarda aktiv bir vəzifə aldığı məlum olub.

2013-ci ildə Türkiyəyə gəldikdən sonra müəyyən aralıqda qeyri-qanuni yollarla Suriyaya gedib gələn Qatukiyev 2017-ci ildə Misirə çıxış edib. Onun 2018-ci ilin yanvarında saxta pasportla Türkiyəyə geri döndüyü təsbit edilib. Bu tarixdən sonra isə passiv vəzifəyə keçdiyi və yeni il qeydləri çərçivəsində Avropa paytaxtlarından birində qanlı bir əməliyyata hazırlandığı güman edilir.

Şübhəlinin mobil telefonunda edilən araşdırmada x-ray cihazları və detektorlarda aşkarlanmayan canlı bomba jiletinin necə hazırlandığını izah edən videolar görülüb.

Tutularaq həbsxanaya göndərilən Qatukiyevin barmaq izi 1 yanvar 2017-ci il tarixində İstanbuldakı 'Reina' adlı əyləncə mərkəzində yeni il gecəsi təşkil edilən, 39 adamın ölümü, 79 nəfərin yaralanmasıyla nəticələnən hücumu reallaşdıran tacik əsilli, özbək vətəndaşı Abdulqadir Maşaripov ilə Başaqşəhərdə qaldığı evdə də çıxmışdı.

Qatukiyev ona qarşı ittihamları qəbul etməyib və sənətkar olduğunu iddia edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol