• $
  • €
  • ₽
  • ₺
  • £

Facebook-dan sərt ittiham

Facebook-dan sərt ittiham
20.10.2014 09:00
“Facebook” sosial şəbəkəsi ABŞ Narkotiklərlə Mübarizə İdarəsindən (DEA) idarənin apardığı təhqiqatlar çərçivəsində saxta hesablardan istifadə etməməsinə zəmanət tələb edib. ANN.Az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, sosial şəbəkənin təhlükəsizlik xidmətinin rəisi Co Sallivan “DEA” administrasiyasına ünvanladığı məktubda bildirib ki, hüquq-mühafizə orqanları digər istifadəçilər kimi eyni qaydalara riayət etməlidir. Xidmət rəisi vurğulayıb ki, qaydalara yalan informasiyadan istifadədən imtina daxildir. C.Sallivan “DEA”-ya məktubu Nyu-York sakini olan qadının şikayətindən sonra göndərib. Qadın deyib ki, idarə agentləri onun adından və fotoşəklindən istifadə edərək saxta səhifə yaradıblar.Qadının sözlərinə görə, fotoşəkillər 2010-cu ilin iyulunda onun narkotik saxlamasına görə həbsi zamanı mobil telefonun yaddaşından götürülüb. Saxta səhifədən “DEA”-nın apardığı təhqiqat zamanı istifadə olunub. Zərərçəkmiş mənəvi ziyana görə 250 min dollar tələb edir. ABŞ Ədliyyə Nazirliyi insidenti araşdıracağını bildirib. Bununla belə, nazirlik nümayəndəsi Brayan Fellonun qeyd edib ki, bu, bizim federal hüquq-mühafizə orqanları arasında geniş yayılmış praktika deyil, - “RBK” yazır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol