• $
  • €
  • ₽
  • ₺
  • £

Ebola Azərbaycan sərhədində

Ebola Azərbaycan sərhədində
19.10.2014 10:31

Gürcüstanda Ebola xəstəliyinə yoluxması ehtimal edilən bir neçə nəfər həkimlərin nəzarəti altındadır.

Bu barədə keçirilən mətbuat konfransında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Müşahidə Şurasının rəhbəri Paata İmnadze bildirib. P.İmnadze son üç ay ərzində Qərbi Afrikadan Gürcüstana 84 nəfərin gəldiyini və xəstəlik ehtimalının məhz onlara aid olunduğunun mümkünlüyünü bildirib. 

“Gürcüstana gələnlərin çoxusu Nigeriyadan olub. Onlar 21 gün karantin keçdikdən sonra, bu adamlara nəzarət edilmir. Məlumata görə, hələlik bir neçə nəfər həkimlərin nəzarəti altındadır”.

P. İmnadze bildirib ki, xəstəliyə tutulmaq ehtimalı olunan bir neçə nəfərin karantin müddəti hələ keçməyib və müddət sona yetdikdən sonra müayinə olunan bu insanlara daha nəzarət edilməyəcək. 

Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeydə alınıb və sonra virus Sierra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqal Demokratik Respublikasına yayılıb. Xəstəlik ABŞ və Avropada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ebola virusuna yoluxanların sayı 8000 nəfəri keçib və bu xəstəlikdən 4 min nəfər ölüb.

APA

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol