• $
  • €
  • ₽
  • ₺
  • £

“Ergenekon”un əfsanəsi öldü

“Ergenekon”un əfsanəsi öldü
17.10.2014 15:50

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli məmurlarının həbs edildiyi “Ergenekon” istintaqının qurbanlarından polis polkovniki əfsanəvi Arif Doğan vəfat edib. ANN.Az Musavat.com-a istinadən  xəbər verir ki, Jandarma İstihbarat Təşkilatına uzun illər rəhbərlik edən Arif Doğan müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) gözlərini əbədi yumub.

“Ergenekon” istintaqının əsas isimlərindən olan Arif Doğan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 47 il 3 ay azadlıqdan məhrumetmə cəzası almışdı. A. Doğan 1945-ci ildə Hatayda doğulub. İstanbul Universitetinin Hüquq Fakültəsini yarımçıq qoyaraq Ali Hərb Məktəbinə daxil olub. 1967-ci ildən Türkiyənin polis sistemində çalışıb. 1971-ci ildə Trabzon gizli istihbarat təşkilatına gətirilib. 1983-cü ildə Jandarma İstihbarat Qrupunu yaradıb və 8 il quruma başqanlıq edib. 2008-ci il iyulun 14-də “Ergenekon” istintaqında şahid qismində Ankarada həbs edilərək İstanbula gətirilib.

Məhkəmə qərarı ilə 47 il 3 ay həbsə məhkum edilsə də bir müddət sonra xərçəngin ağır formasından əziyyət çəkdiyi üçün ev dustaqlığına buraxılıb.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol