• $
  • €
  • ₽
  • ₺
  • £

“McDonald’s” “Big Mac”dan məhrum oldu

“McDonald’s” “Big Mac”dan məhrum oldu
16.01.2019 20:00
Avropa İttifaqının intellektual mülkiyyət üzrə təşkilatı (EUIPO) "McDonald’s” korporasiyasını 1996-cı ildə bəri mövcud olan "Big Mac” əmtəə nişanı üzrə eksklüziv mülkiyyət hüququndan məhrum edib.

Korporasiya İrlandiyanın "Supermac’s” "fastfood” restoranlar şəbəkəsinə qarşı iddia əsasında 2015-ci ildən bəri davam edən məhkəmə prosesində uduzub. Şirkətdə heç vaxt "Big Mac” adlı məhsul olmayıb. Məhkəmə mübahisəsi "McDonald’s” şirkətinin irland franşizasının Böyük Britaniya və Avropa İttifaqı ərazisində genişlənməsinə mane olmağa çalışmasından sonra meydana gəlib.

"McDonald’s” vəkilləri Avropa İttifaqında "Big Mac” burgerlərinin satıldığını sübuta yetirmək üçün müxtəlif reklam və qablaşma nümunələrini, həmçinin, "Vikipediya” açıq onlayn ensiklopediyasından çıxarışlar təqdim edib. Ancaq EUIPO, həqiqətən, son beş il ərzində "Big Mac” əmtəə nişanından istifadə etdiyinə dair hər hansı tutarlı dəlil gətirə bilmədiyini qət edib.

Qərara əsasən, digər "fast-food” şirkətləri də Avropa İttifaqı ərazisində rahat şəkildə "Big Mac” adından istifadə edə və onu öz menyusuna qata biləcək. Korporasiyanın qərardan yuxarı instansiya məhkəməsinə şikayət edəcəyi gözlənilir.|oxu.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol