• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail Suriyada daha bir “Pansir”i vurdu – VİDEO

İsrail Suriyada daha bir “Pansir”i vurdu – VİDEO
21.01.2019 12:12
İsrail Müdafiə Qüvvələri Rusiyanın Suriyada yerləşdirdiyi "Pansir” zenit-raket top kompleksini zərərsizləşdirib.

"AzeriDefence”nin məlumatına görə, bu barədə bu barədə İsrail Müdafiə Qüvvələri özünün "Twitter” səhifəsində bildirib.

İsrail Müdafiə Qüvvələrinin yayımladığı videodan göründüyü qədər İsrail təyyarəsi "Pansir” zenit-raket top kompleksinə iki ədəd özü tuşlanan infraqırmızı döyüş başılıqlı ("Spike NLOS” və yaxud "Delilah”) raketi atıb. Buraxılan birinci raket hədəfi yayındırıb, ikinci raket atışı ilə "Pansir” kompleksi məhv edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Suriya ərazisində "Buk” və "Pansir” ZRK ilə İsrail hərbi aviasiyasının atdığı raketlər vurulub. İsrailin paylaşdığı videodan göründüyü qədər İsrail Hərbi Hava Qüvvələri əməliyyatın əvvəlində saxta hədəflərlə Suriya hava hücumundan müdafiə sisteminə qarşı aldatma əməliyyatı həyata keçirib. Ehtimal oluna bilər ki, saxta hədəflərə kilidlənən hava hücumundan müdafiə sisteminin yerləri onların radar siqnalları ilə müəyyənləşdirilərək, həmin obyektlərə zərbələr endirilib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri açıqlamasında İran Qüds briqadasının Suriyadakı sursat anbarını, Dəməşq beynəlxalq aeroportunda yerləşən İrana məxsus hərbi bölməni, kəşfiyyat bazasını və təlim düşərgəsini vurduğunu bəyan edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol