• $
  • €
  • ₽
  • ₺
  • £

“Çin 3-cü Dünya Müharibəsinə hazırlaşır”

“Çin 3-cü Dünya Müharibəsinə hazırlaşır”
10.02.2019 22:52
ABŞ-ın xaricdə 800, Çinin isə cəmi 1 hərbi bazası var
Respublikaçı senator James İnhofe Senatda çıxışı zamanı kəskin fikirlər səsləndirib: "Belə görünür ki, siz (Çin nəzərdə tutulur. E.H) III Dünya Müharibəsinə hazırlaşırsız”. Çin və Rusiya ilə bağlı dinləmələr zamanı senator söyləyib ki, siz bizim müttəfiqlərlə danışıqlar aparırsınız. Bilmək istəyirsiz ki, III Dünya Müharibəsi olsa, onlar kimin tərəfini tutacaqlar.
Senator bildirib ki, rəsmi Pekin Cənubi Çin dənizində süni adalar yaratdı ki, lazım bildikdə oraya öz hərbi birləşmələrin yerləşdirsin. ABŞ isə bu prosesi, sadəcə müşahidə etməklə kifayətləndi.
Çin prezidenti Xi Jinping isə hərbçilərə ilk müraciətində açıq şəkildə dedi ki, bütün hərbi birləşmələr milli təhlükəsizliyin önəmini dərindən dərk etməli və döyüşə hər an hazır olmalıdır.
Ötən il istefa verən general Ben Hodges xəbərdarlıq edir ki, yaxın 15 ildə ABŞ ilə Çin arasında müharibənin olması ehtimalı çox yüksəkdir. Amerika Çin təhlükəsini Avropa və Sakit okeanda neytrallaşdırmaq üçün kifayət qədər gücə malik deyil.
Siyasi analitiklər isə xatırladır ki, ABŞ-ın ölkə xaricində 800, Çinin isə yalnız 1 hərbi bazası var. Çinin hərbi bazası Cibutidə yerləşir.
ABŞ NATO-nu Rusiya sərhədlərinə qədər genişləndirib. İran, Şimali Koreya, Venesuelanı ciddi çətinliklərlə üz-üzə qoyub. Bu ölkələrin isə Çinlə isti münasibətləri var. Amerika Çinə münasibətdə daha sərt mövqedə olmalıdır. Məsələn, rəsmi Pekinin yeritdiyi "Vahid Çin” siyasətinə qarşı çıxmalıdır. Bu siyasətə görə Çin Tayvanı özünün bir parçasına çevirmək istəyir.(musavat)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol