• $
  • €
  • ₽
  • ₺
  • £

İnsanların Marsa uçuşu təxirə salındı

İnsanların Marsa uçuşu təxirə salındı
29.05.2020 07:27
Marsda daimi koloniyanın yaradılmasını nəzərdə tutan "Mars One” layihəsinin "Mars One Ventures” kommersiya bölməsi iflas etdiyini elan edib.

Bu barədə "Engadget” nəşrində məlumat yayılıb.

İsveçrənin Bazel şəhərinin mülki məhkəməsinin çıxardığı qərara əsasən, adıçəkilən şirkət 15 yanvar 2019-cu ildə müflis olub.

Layihənin rəhbərlərindən olan Bas Lansdorp fəaliyyətlərini davam etdirmələrinə rəğmən, investisiyaların kəsilməsinin qarşıya qoyulan məqsədlərin icrasını mümkünsüz etdiyini dilə gətirib. Lansdorp "Engadget”ə verdiyi açıqlamada təfərrüata varmasa da, problemin həllini tapması üçün hazırda əlindən gəldiyini etdiyini vurğulayıb.

"Mars One” iki bölmədən ibarətdir: İsveçrədə qərarlaşan və teleyayım hüquqlarına malik olan "Mars One Ventures” kommersiya bölməsi və Niderlandda qərarlaşan və bütün layihələri idarə edən "Mars One Foundation” qeyri-kommersiya bölməsi.

Bundan əvvəl layihənin "Marsdakı” koloniyaçıların həyatı haqqında realiti-şounun reklam gəlirləri hesabına maliyyələşdiriləcəyi bildirilirdi. Layihə çərçivəsində dünyanın dörd bucağından yüz minlərlə könüllü arasında seçimlər həyata keçirilmiş və onun əsasında sənədli film lentə alınmışdı.

Qeyd edək ki, "Mars One” layihəsinin ən tükürpədici məqamlarından biri, koloniyaçıların bir daha Yer planetinə geri dönə bilməyəcəkləri idi.

Plana görə, layihə çərçivəsində Marsda "yaşama haqqı qazanmış” könüllülər 2027-ci ildə "Qırmızı planetə” eniş etməli idi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol