Məşhur aktrisa dondurma satır

ABŞ-da 90-cı illərdə yayımlanan “Malibu Xilasediciləri” (Baywatch) serialı ilə şöhrət qazanmış aktrisa Nikol Eqqert dondurma satır. ANS PRESS-in məlumatına görə, Eqqert adı çəkilən serialda 1992 – 94-cü illərdə rol oynayıb. Karyerasını istədiyi kimi qura bilməyən Nikol Eqqert sonunda iflas edib. Yük maşınının arxasında dondurma mağazası açan Eqqert müştərilərinə şəxsən xidmət göstərir. İki övlad anası təkərli dondurma mağazasının şəklini sosial şəbəkədə paylaşıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















